EN

Karlo Marino İtaliya mətbuatında Heydər Əliyev haqqında məqalə yazdı

Azərbaycan öz tarixinin çox mühüm şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünü qeyd edir. 

Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə səlahiyyətli nümayəndəsi Karlo Marino Azərbaycanın Ümummilli Lider Heydər Əliyev haqqında İtaliyanın nüfuzlu \"Farodiroma” qəzeti üçün məqalə hazırlayıb.

Günlük 150-200 min ziyarətçi sayısına sahib italyan dilli mətbuat orqanında yayımlanan məqalədə İtalyan ictimai xadim Karlo Marino Ümummilli Lider Heydər Əliyevin böyük müdrik şəxsiyyət, müasir Azərbaycanın qurucu olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin uzaqgörən dünyagörüşü, qətiyyəti və hər şeydən əvvəl praqmatik xarici siyasəti sovetlərin dağılmasından sonra ölkənin beynəlxalq aləmdə möhkəmlənməsinə imkan verib. Bu gün Azərbaycan bütün postsovet məkanı və ümumilikdə Qafqaz regionu üçün istinad nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan öz institutlarını möhkəmləndirdi və iqtisadi və sosial inkişaf üçün vacib olan siyasi sabitliyə nail oldu. Heydər Əliyev sərvətlərlə zəngin ölkə olan Azərbaycanı dinamik iqtisadiyyata çevirən iddialı iqtisadi islahatlar proqramına start verdi. Heydər Əliyev həmişə təhsil və incəsənət sahələrinə böyük önəm vermiş, minlərlə azərbaycanlı gəncin dövlət hesabına Avropanın, Amerikanın və dünyanın mötəbər universitetlərində təhsil almasına imkan verən dövlət proqramının təbliğatçısı olmuşdur. Onun güclü dövlət idarəçiliyi ənənəsinə və azərbaycançılıq ideologiyasına əsaslanan irsi tarixi və mədəniyyəti ilə fəxr edən güclü, firavan və müstəqil xalq yaratmışdır.

Müəllif diqqətə çatdırıb ki, 1997-ci ildə Ümummilli Liderin Vatikana səfəri və Papa həzrətləri ilə görüşü Azərbaycan-Vatikan münasibətlərində yeni mərhələnin əsasını qoyulub. Hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ümummilli Liderin adını daşıyan, onun təhsil, incəsənət və mədəniyyətlə bağlı humanitar ideyalarının həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu Avropa və Latın Amerikası ölkələrində çoxsaylı dini və tarixi əhəmiyyətə malik abidələrin bərpası və digər mühüm humanitar fəaliyyətlər həyata keçirdir. Vatikandakı bərpa layihələrinə misal olaraq Atilla və Böyük Müqəddəs Leonun görüşünün qurbangahı, parlaq Alessandro Alqardi tərəfindən, Müqəddəs Pyotr Bazilikasındakı, Bazilika nekropolunda olan məqbərə, Müqəddəs Marsellin və Peterin katakombaları var. 

Azərbaycanın xristian irsinin qorunmasına verdiyi töhfə həm də ölkənin dini abidələrə hörmətinin və Heydər Əliyevin özünün çox bağlı olduğu multikulturalizm dəyərlərinə sadiqliyinin təsdiqidir. Bir çox millətlərin və dinlərin nümayəndələrinin mehriban yaşadığı Azərbaycan dünya mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir.

Məqalə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

Asiman Əsədov
Avropa Xəbər Agentliyinin İtaliya və Vatikandakı səlahiyyətli nümayəndəsi Karlo Marinonun 
Avrasiya ölkələri üzrə təmsilçisi
Chosen
15
azxeber.com

1Sources