EN

​Cənubi Koreya Prezidenti iddiaları rədd etdi

Cənubi Koreya Prezidenti Yoon Suk Yeolhərbi vəziyyət fərmanının idarəetmə fəaliyyəti olduğunu irəli sürüb. Metbuat.az xəbər verir ki, o bildirib ki, hərbi vəziyyət fərmanının elanı qanun pozuntusu deyil. Yoon Suk Yeol hərbi vəziyyət fərmanının idarəetmə olduğunu irəli sürərək, qiyam ittihamlarını rədd edib. O, müxalifətin impiçment cəhdlərinə dair araşdırmalarına etiraz edib. Yoon Suk Yeol bəyan edib ki, müxalifət hərbi vəziyyətin elan edilməsinin üsyan aktı olduğunu iddia edərək xaosu qızışdırır.

Qeyd edək ki, yerli dairələr Yoon Suk Yeolun açıqlamasının əvvəlki açıqlaması ilə təzad olduğunu ifadə edib. Bundan əvvəl Yoon hərbi vəziyyət fərmanı elan etdiyinə görə üzr istəyib və buna görə hüquqi və siyasi məsuliyyətdən qaçmayacağını bildirib.

Chosen
34
metbuat.az

1Sources