EN

Şəkidə iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb

Şəkidə bir damın altında iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 21 radələrində Şəki şəhəri Vüqar Məmmədov küçəsində iki ailənin yaşadığı, bir damın altında inşa edilmiş ümumi sahəsi 190 kv/m olan kürsülü birmərtəbəli 7 otaq və iki aynəbənddən ibarət fərdi yaşayış evində yanğın olub.

Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində 48 yaşlı Rövşən Şirəli oğlu Məsimzadəyə məxsus ümumi sahəsi 120 kv/m olan 3 otaq və iki aynabənddən ibarət evin yanar konstruksiyaları və 52 yaşlı Ruhiyyə Qüdrət qızı İsrafilovaya məxsus ümimi sahəsi 90 kv/m olan 4 otaqlı evin isə dam örtüyünün taxta atmaları 70 kv/m sahədə yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
14
16
apa.az

10Sources