Hindistanlı qrossmeyster Dommaraju Qukeş dünya şahmat tacı uğrunda görüşdə çinli Dinq Liren üzərində qələbə qazanıb.
Yeniavaz.com xəbər verir ki, yeni çempion 14-cü oyunda - klassik formatda keçirilən sonuncu oyunda keçmiş titul sahibindən güclü olub.
Qarşıdurmanın yekun hesabı 7,5:6,5 olub.
Bununla Qukeş tarixdə 18-ci və ən gənc (18 yaşında) dünya çempionu oldu.