Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan məlumat verib.
Onun sözlərinə görə, müzakirələr müsbət və konstruktiv atmosferdə keçib.
Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları müzakirə ediblər.
Müəllif: Teleqraf.com