Şəhərlərin səs-küyündən və insan izdihamından uzaqda, təbiət qoynunda dincələ biləcəyiniz ən yaxşı ölkələrin siyahısı açıqlanıb.
SeherXeber.org xəbər verir ki, bu reytinqi "BookRetreats" tərtib edib.
Mütəxəssislər mühafizə olunan ərazilərin faizi, meşə sahəsi, əhalinin sıxlığı, səs-küy və işıq çirklənməsi, əmin-amanlıq və sağlamlıq imkanları daxil olmaqla 9 amil əsasında 76 istiqaməti təhlil ediblər.
Siyahıda birinci yeri Avstraliya tutub. Burada əhalinin sıxlığı hər kvadrat kilometrə cəmi 3,4 nəfər müəyyən olunub.
Dincələ biləcəyiniz ən rahat iyirmi ölkənin tam siyahısı isə belədir:
1. Avstraliya
2. Kanada
3. İslandiya
4. Finlandiya
5. Yeni Zelandiya
6. Avstriya
7. İsveç
8. Estoniya
9. Norveç
10. Portuqaliya
11. Botsvana
12. Xorvatiya
13. Almaniya
14. Monteneqro
15. Yaponiya
16. İspaniya
17. Bolqarıstan
18. Litva
19. Çexiya
20. Malayziya