NATO Polşa və ya Ukraynada B-61 termonüvə bombalarını yerləşdirmək üçün “dəli” qərar verə bilər.
Bu fikir Amerikanın “The National Interest” jurnalının məqaləsində qeyd olunub.
Nəşrin yazdığına görə, Ukraynanın müttəfiqləri münaqişəni yumşaltmaq üçün bütün yolları rədd edib Rusiyanın dərinliklərinə zərbə endirmək qərarına gəldikdən sonra Polşa və Ukraynaya nüvə silahı tədarük perspektivi ciddi ola bilər.
Eyni zamanda məqalədə vurğulanır ki, NATO-nun nüvə arsenalının alyansın üzvü olmayan Ukrayna ərazisində yerləşdirilməsi və ya onun Kiyevə köçürülməsi ideyası “əsas etibarilə dəlilikdir”.
Qəzet xatırladır ki, Polşa bundan əvvəl donanmasını nüvə silahı ilə silahlandırmağa hazır olduğunu bəyan etmişdi.