EN

Şahmatda yeni ən gənc dünya çempionu: 18 yaşı var

Hindistanlı qrossmeyster Qukeş Dommaraju dünya şahmat tacı uğrunda görüşün 14-cü oyununda çinli Din Lijenə qalib gələrək yeni dünya çempionu olub.

Matçın final hissəsi cümə axşamı Sinqapurda keçirilib. 18 yaşlı hindistanlı qara fiqurlarla hərəkət edib və 58-ci gedişdə qalib gəlib. Qarşıdurmaların ümumi balı Qukeş Dommarajunun xeyrinə olub - 7,5-6,5.

Qukeş digər həmvətəni Vişvanatan Ananddan sonra tarixdə ikinci hindistanlı şahmat dünya çempionu oldu. O, həmçinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) tarixində 18-ci və ən gənc dünya çempionu olub.

Dünya şahmat tacı uğrunda matçın mükafat fondu 2,5 milyon dollardır. Qukeş 1,35 milyon, Din Lijen 1,15 milyon qazanıb.

"Cebheinfo.az"

Chosen
5
1
cebheinfo.az

3Sources