EN

“Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi

Milli Məclisin bu gün keçirilən "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsində Azərbaycanda fiziki və hüquqi şəxslərin minatəmizləmə fəaliyyəti həyata keçirməsi, minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminin formalaşdırılması, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə aparılması nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət qaydası müəyyənləşir. Qanun layihəsində minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi də nəzərdə tutulur. Sənəddə təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə dair tələblər də əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
7
olaylar.az

8Sources