EN

Azərbaycanın gimnastika hakimi birinci kateqoriyaya yüksəlib - FOTO

Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva və Kristina Pravdina fərqləniblər. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarını uğurla başa vurublar.

Yüksək nəticə göstərən hakimlərimizdən Anjella Abdullayeva birinci, Kristina Pravdina isə ikinci kateqoriyaya yüksəlib.

Chosen
12
1
sia.az

2Sources