Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 milyard 188 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 933,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 95,9 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 % artaraq 10 milyard 192,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 687 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.