EN

AFFA rəsmisindən Fernandu Santuşla bağlı açıqlama

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşla bağlı açıqlama verib.

“Qafqazinfo”nun İdman.biz-ə istinadən məlumatına görə, o, portuqaliyalı məşqçinin istefaya gedəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib. 

S.Hacıyev bu məlumatı təkzib edib: “Onun istefaya göndərilməsi mümkün deyil. Hazırda Fernandu Santuş DÇ-2026-nın püşkatması ilə bağlı İsveçrənin Sürix şəhərindədir. İşinin başındadır və davam edir”. 

Chosen
10
10
qafqazinfo.az

10Sources