EN

Suriyalılar Əsəddən sonra ilk dəfə Əməvi məscidində cümə namazı qılıblar

Dəməşqdəki tarixi Əməvi məscidi Baas rejiminin 61 illik qadağasından sonra ilk dəfə cümə namazına ev sahibliyi edir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, suriyalılar simvolik məsciddə namaz qılmaq üçün Dəməşqin mərkəzinə axışıblar.

Bazar günü Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra xalq paytaxtdakı Əməvi məscidində ilk cümə həyəcanını yaşayıb. 

Digər tərəfdən Hələb, Mənbic, Həma, Homs, Tel Rıfat və İdlib kimi bölgələrdə yaşayan suriyalı müsəlmanlar təzyiq olmadan cümə namazını qılmaq üçün məscidlərə axışıb.

Ölkənin hər yerindən Dəməşqə axın edən suriyalılar bayramların mərkəzinə çevrilən tarixi Əməvi məscidində cümə namazını qılacaqlar.

Fatimə,

Sitat.info

 

Chosen
31
sitat.info

1Sources