EN

Nazirlik məktəb direktorunu cərimələyib

Nazirlik

Lerik rayon Şingədulan kənd tam orta məktəbinin direktoru Əskərov Xansayad Sənan oğlu məhkəməyə müraciət edib.

Reyting.az
Modern.az-a istinadən xəbər verir ki, buna səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin direktor barədə verdiyi qərar olub.

Belə ki, ETSN tərəfindən Əskərov Xansayad Sənan oğlu barədə İnzibati Xətalar Məcəlləsinin 271-ci (Tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) ilə inzibati protokol tərtib edib. Məktəb direktoru qərarla bağlı Lerik rayon Məhkəməsinə müraciət edib. İşə hakim Yusif Zeynalovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qeyd edilən maddə üzrə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Chosen
6
4
reyting.az

10Sources