EN

Ukraynaya kütləvi hücum... – Rusiya bəyanat yaydı

Kiyevin Taqanroq aerodromuna zərbədə altı ATACMS raketindən istifadə etməsinə cavab olaraq Rusiya ordusu Ukraynanın kritik əhəmiyyətli yanacaq-energetika infrastruktur obyektlərinə kütləvi hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hədəfə çatılıb, bütün obyektlər məhv edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, zərbədə hava və dəniz əsaslı yüksək dəqiqlikli uzaq mənzilli silahlardan, həmçinin hücum PUA-larından istifadə edilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya kütləvi hücumu ilə bağlı az öncə məlumat yayılmışdı.

Chosen
7
1
axar.az

2Sources