Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze Brüsselin Gürcüstanın daxili işlər naziri və yüksək rütbəli polis zabitlərinə qarşı sanksiyalar tətbiq etmək təklifini tənqid edib.
Apress.az-ın məlumatına görə, o, sözügedən təklifi hədsiz və əsassız adlandırıb
“Ölkəsinin mənafeyinin keşiyində duran, ölkəmizdə əmin-amanlığın təmin olunmasına çalışan, yalnız öz xalqına xidmət edən insanların bu işə görə cəzalandırılması ağlasığmazdır. Bu cür qeyri-bərabər münasibətin olması və insanları sırf öz vətənlərini sevdiklərinə görə barmağını göstərib cəzalandırmaq qəti şəkildə qəbuledilməzdir”, – Qorduladze bildirib.