EN

Ərdoğan onları Blinkenin yanında hədələdi: Başınız əziləcək!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyadakı müxalifət, eləcə də Kürdüstan Fəhlə Partiyası və ona bağlı silahlı birləşmələrin Suriyadakı təhdidləri qarşısında milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcəyini bildirib.

Aktual.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyə liderinin administrasiyasının məlumatına görə, o, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken Ankaraya gələrkən deyib.

"Prezident Ərdoğan bildirib ki, Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhdid mənbəyi olan bütün terror təşkilatları, xüsusilə PKK [və onlarla əlaqəli Suriya silahlı birləşmələri] və İD-ə qarşı tədbir görəcək. O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. O, bütün imkanlardan istifadə edəcək və heç vaxt İŞİD-ə qarşı mübarizədə zəifliyə yol verməyəcək”, - administrasiyanın bəyanatında deyilir.

Ərdoğan "Türkiyə əvvəldən Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa sadiq olduğunu və beynəlxalq ictimaiyyətin Suriyanın dirçəliş və yenidən qurulması məsələlərində əməkdaşlıq etməli olduğunu” bildirib.

Chosen
8
8
ulusum.az

10Sources