EN

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdim etmə müddəti dəyişir

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmə müddəti dəyişdirilir.

Herbiand.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Mövcud qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən, təhsil müəssisələri, müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Dəyişikliyə əsasən, sentyabr ayı oktyabr ayı ilə əvəz edilir.

Chosen
12
11
herbiand.az

10Sources