EN

Bayden Ukraynaya daha çox silah göndərməyə çalışır

Bayden

ABŞ lideri Co Bayden prezidentliyinin son günlərində Ukraynaya silah tədarükünü artırmaq üçün “tarixi cəhd” edir.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin yüksək rütbəli rəsmisi CNN-ə bildirib.

“Müdafiə Nazirliyi qarşıdakı beş həftə ərzində Ukraynaya böyük miqdarda silah daşımaq üçün tarixi səylə məşğuldur. İndi və yanvarın ortaları arasında biz yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli texnika çatdıracağıq. Bu, Ukrayna üçün kritik imkandır”, - deyə Bayden administrasiyasının rəsmisi əlavə edib.

Qeyd edək ki, Baydenin milli təhlükəsizlik müşaviri Cek Sallivan silah təchizatı üzrə agentlik koordinasiyasına rəhbərlik edir.

Nəşrin həmsöhbəti deyib ki, Ukraynanın ən böyük problemi silah ehtiyatları deyil, canlı qüvvədir. Ağ ev “kadr problemlərinin həlli” məsələsinə də diqqət yetirir.

“Hazırda Ukrayna cəbhə bölgəsindəki bölmələrini idarə etmək üçün kifayət qədər əsgəri səfərbər etmir və ya öyrətmir”,-deyən rəsminin sözlərinə görə, ABŞ yeni çağırışçılar üçün təlim keçməyə hazırdır.

Onu da qeyd edək ki, bu gün ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yeni hərbi yardım paketi elan edib. Bu, sayca 72-ci paketdir.

E. KAMAL


Chosen
6
reyting.az

1Sources