“Bank VTB Azərbyacan”ın 2024-cü ilin üçüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«Bank VTB Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
Bank ölkənin bank sistemində xərclərin payına görə 15-ci yerdədir. Bankın ümumi xərcləri 27 milyon 677 min manat olmuşdur.
Bank ən çox xərci əmək haqqı xərcindən formalaşıb ümumi xərclərin 47%-i qədər 13 milyon 294 min manat.
Depozitlər üzrə olan faiz xərcləri 4 milyon 716 min manat ümumi xərclərin 17% hissəsi qədər, Azərbaycan Mərkəzi bank kredit xərci isə 1 milyon 384 min manat ümumi xərclərin 5% hissəsi qədər olub.
Bank inizbati xərclərə 5 milyon 982 min manat ümumi xərclərin 21%-i qədər pul xərcləyib.
Amortizasiya xərcləri 1 milyon 592 min manat ümumi xərclərin 6%-i həcmində, digər qeyri faiz xərcləri isə 696 min manat ümumi xərclərin 3%-i həcmində olub.
Bankın iki mənbə üzrə xərci formalaşmamışdır: qiymətli kağızlardan faiz xərci və digər faiz xərcləri.
Daha detallı aşağıdakı cədvəldə :
Min manat | ||
Xərc mənbələri | Məbləğ | Ümumi xərclərdə payı |
Faiz xərcləri | ||
Depozitlər üzrə faizlər | 4 716 | 17% |
AMB kredit xərci | 1 384 | 5% |
Kredit faizləri | 13 | 1% |
QK- faiz xərci |
|
|
Digər faiz xərcləri |
|
|
Qeyri -faiz xərcləri | ||
İnzibati xərclər | 5 982 | 21% |
Əmək haqqı xərcləri | 13 294 | 47% |
Amortizasiya xərcləri | 1 592 | 6% |
Digər qeyri faiz xərcləri | 696 | 3% |
Cəmi | 27 677 | 100% |