EN

Elnur Eltürk: Messinin ölkəmizə gəlməsinə yalnız sevinmək lazımdır

 ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutan görüşdə iştirak ediblər.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edib. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edib. 

Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk “Sherg.az”a bildirib ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Messinin və dostlarının Azərbaycana səfər müzakirə olunur: 

“Messi dünya səviyyəsində məşhur olan şəxsdir. Bu səbəblə də Messinin ölkəmizə səfəri tarixi hadisədir. Messi dünya futbolunun şahıdır. Xüsusilə, onun azərbaycanlı oğulla dostluq etməsindən yalnız sevinmək olar. Burada maddi əlaqədən çox şəxsi münasibət də rol oynayır. Dünyada Messi ilə dostluq etmək istəyən insanların sayı minlərlədir. Çoxu buna nail ola bilmir. Belə bir şəxsin ölkəmizə gəlməsinə yalnız sevinmək lazımdır. Ermənilər eyni taktika ilə dünyanın tanınmış şəxslərinin yanında yer alıblar və lazım olan məqamda da onlardan istifadə ediblər”.
Chosen
8
sherg.az

1Sources