EN

Prezident Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdilədi

Image

Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu təsdiləyib

Qanuna əsasən, bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində sözləri əlavə ediləcək.

Dəyişikliyə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılacaq və həll ediləcək.

Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılır. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə biləcək.

Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll ediləcək.

Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim ediləcək. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılacaq. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmayacaq. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunacaq. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmayacaq.

Bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində sözləri əlavə ediləcək.





Chosen
4
9
baki-xeber.com

10Sources