EN

Basketbol: NTD “Abşeron”a da uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, A qrupunun sonuncu oyununda “Abşeron” və NTD komandaları üz-üzə gəliblər.

Daha üstün oyun nümayiş etdirən ev sahibləri yekunda 14 xal fərqli qələbə qazanıb. Bu, “Abşeron”nun ardıcıl 2-ci qələbəsi, NTD-nin isə ardıcıl 3-cü məğlubiyyəti olub.

Xatırladaq ki, 6-cı turun əvvəlki oyunlarında “Naxçıvan” “Neftçi”ni 83:72, “Sabah” “Sərhədçi”ni 67:64, “Ordu” “Sumqayıt”ı 115:81 hesabı ilə məğlub edib. Dekabrın 14-də daha 2 görüş keçiriləcək. “Gəncə” “Lənkəran”ı qəbul edəcək. Tura “Quba” – “Şəki” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 6-cı tur
13 dekabr

“Abşeron” – NTD 89:75 (19:21, 23:15, 20:9, 27:30)
Abşeron Olimpiya İdman Kompleksi.

Xallar: Sabah – 12. Naxçıvan – 11. Abşeron – 9. Sərhədçi – 9. NTD – 7. Neftçi – 6.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
4
11
arena.az

10Sources