Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahibləri qısamüddətli vizadan azad edilib.
Tribunainfo.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.