EN

Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib

Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.

Bu barədə BFM TV Yelisey sarayına istinadən məlumat yayıb.

Qeyd edək ki, 73 yaşlı Fransua Bayru Fransa siyasətinin veteranıdır. 1993-1997-ci illərdə milli təhsil naziri olub. 2017-ci ildə o, qısa müddət ərzində Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2002, 2007 və 2012-ci illərdə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb.

Bayrunun partiyası prezidentyönümlü "Birlikdə" siyasi koalisiyasına daxildir.

Bayru 2017-ci ildə Makronun müttəfiqi olub. Son illərdə o, prezidentdən uzaqlaşsa da, Makronun çevrəsində nüfuzunu qoruyub saxlayır. Onun Milli Assambleyadakı əksər siyasi qüvvələr, o cümlədən Le Penin Milli Birlik Partiyası tərəfindən yaxşı qarşılandığı bildirilir.

Chosen
12
azpolitika.info

1Sources