Rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayevin cəzası ağırlaşdırılıb.
Viral.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb.
Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb.
Son Yazılar:
- Elgün Abdullayevin cəzası AĞIRLAŞDIRILDI
- Bu ərazidə mənzillər kəskin UCUZLAŞDI
- Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin EDİLDİ
Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib.