“Suriyanı terrordan təmizləyəcəyik”.
"Operativ Məlumat Mərkəzi-OMM" “TRT haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyalı qardaşlarımız müvəqqəti hökumət qurdular, nizam-intizam yaratmağa başladılar. Suriyanın digər bölgələrini də terror təşkilatlarından və işğalçılardan təmizləyəcək yeni hökumətin qurulmasına lazımi zəmin yaradacağıq” , - Türkiyə lideri bildirib.
Ərdoğan çıxışında Türkiyədə məskunlaşan yüzlərlə suriyalının artıq könüllü şəkildə öz vətənlərinə qayıtdıqlarını da vurğulayıb. O, dünyada baş verən qlobal siyasi dəyişiklikləri xatırladıb və bildirib ki, hələ həll edilməli olan məsələlər qalmaqdadır.