Uşaqlığımızın keçdiyi o doğma həyət-bacamızda yenidən o qayğısız günlərimizi yaşayacağıq.
Viral.az xəbər verir ki, bunu “Report”un Qarabağ bürosunun Xocalıya ezam olunan əməkdaşı ilə söhbətində bu gün Xocalı rayonuna köçən Ballıca kənd sakini Ehtiram Məmmədov deyib.
Doğma yurduna dönən Ballıca sakini sevinc hisslərini belə ifadə edib:
Son Yazılar:
- Yenidən qayğısız günlərimizi yaşayacağıq – Ballıcaya qayıdan sakin
- NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə OLDU
- Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında hüquqşünaslara müraciət EDİLDİ
“Bu günü 30 ildən çoxdur həsrətlə gözləyirdik. Bu gün Xocalının Ballıca kəndi sakinlərinin ən xoşbəxt günüdür. Şəxsən mənim üçün olduqca qürurlu bir gündür. Tək mənim yox, bizim kənd camaatının timsalında, deyərdim ki, bütün Azərbaycanımızın sevincli gündür”.
E.Məmmədov bildirib ki, Qarabağ dirçəlir və yenidən qurulur:
“Ölkə başçımıza, ordumuza, bu torpaqlara qanı tökülən şəhidlərimizə borclu olduğumuzu unutmamalıyıq. Şükür edirik ki, bu gün azad Qarabağımızdayıq. Öz ata-baba yurdumuza qayıtdıq. Uşaqlığımızın keçdiyi o doğma həyət-bacamızda qayğısız günlər yaşayacağıq”.