EN

Bolqarıstan ruslar üçün vizaların verilməsini sərtləşdirməyəcək

Bolqarıstan Şengen zonasına qoşulmaqla bağlı ruslara vizaların verilməsi prosedurunu sərtləşdirməyi planlaşdırmır. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Bolqarıstanın Moskvadakı səfirliyinin konsulluq xidmətinin rəhbəri Miroslav Komarov məlumat verib.

Dekabrın 12-də Avropa İttifaqı (Aİ) Şurası 2025-ci il yanvarın 1-dən Şengenin Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində nəzarətin ləğvini nəhayət təsdiqləyib.

"Aktiv mövsümdə - 2025-ci ilin aprelindən oktyabr ayına qədər turist vizalarının verilməsi ilə bağlı vəziyyətin necə olacağını proqnozlaşdırmaq hələ tezdir", deə Komarov Rusiya Federasiyasından turist axınının mümkün artımını şərh edərkən qeyd edib.

Dekabrın 9-da Avstriya hakimiyyəti Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasına veto qoyub. Vyana qeyri-qanuni miqrasiya ilə bağlı narahatlıqlara görə 2022-ci ildən Rumıniya və Bolqarıstanın Şengenə tam girişini əngəlləyib. Şengen zonası öz aralarında sərhəd nəzarətini ləğv etmiş 29 Avropa dövlətinin məkanını birləşdirir.

Samir

Chosen
22
hit.az

1Sources