EN

İrlandiyanın “Roscommon” qraflığının rəsmisi: Azərbaycan və İrlandiya arasında əməkdaşlıq güclənir VİDEO

Dublin, 13 dekabr, AZƏRTAC

İrlandiyanın “Roscommon” qraflığının rəhbəri Şeyn Tiernan AZƏRTAC-a müsahibəsində Azərbaycanın İrlandiya ilə əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkə arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

Şeyn Tiernan bildirib ki, “Roscommon” İrlandiyanın mərkəzində yerləşən kiçik bir qraflıqdır və əhalisi təxminən 70 min nəfərdir.

“Azərbaycanın İrlandiyadakı ilk fəxri konsulu Terri Leyden məhz bu bölgədəndir və o, “Roscommon”u İrlandiya Parlamentində təmsil edib. İndi isə Azərbaycanın fəxri konsulu kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. “Roscommon” kimi kiçik bir bölgə üçün bu, yeni əməkdaşlıq imkanları deməkdir”, - deyə o bildirib.

Ş.Tiernan Azərbaycanın İrlandiya ilə iqtisadi və sosial əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “İrlandiya açıq iqtisadiyyatlı bir ölkədir və digər ölkələrlə əməkdaşlıq etmək istəyir. Biz də “Roscommon” olaraq, Azərbaycanın iqtisadi və mədəni potensialını kəşf edərək bölgəmizi yaşamaq, işləmək, investisiya etmək və səyahət üçün daha cəlbedici etmək istəyirik. Fəxri konsul kimi Terri Leyden bu istiqamətdə mühüm rol oynayacaq”,- deyə Ş.Tiernan vurğulayıb. Onun fikrincə, Azərbaycan və İrlandiya arasında əməkdaşlıq həm iqtisadi inkişaf, həm də xalqlar arasında mədəni əlaqələrin dərinləşməsi üçün böyük potensiala malikdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Dublin

Chosen
6
1
azertag.az

2Sources