Mixail Mudrik qışda “Çelsi”dən ayrıla bilər.
“Marca” qəzetinin yaydığı xəbərə görə, “Barselona” rəhbərliyi ukraynalı yarımmüdafiəçi ilə danışıq aparır. İspaniya klubu Mudriki qışda 6 aylığa icarəyə götürməyi planlaşdırır. Deyilənə görə, “Çelsi” rəhbərliyi komandad istənilən oyunu göstərməyən Mixaili göndərməyə müsbət yanaşır.
23 yaşlı futbolçu bu mövsüm “Çelsi”nin heyətində 16 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.