EN

Roberto Karlos: “Ronaldo “Qızıl top”u məndən oğurladı”

Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos 2002-ci ildə “Qızıl top”un səsverməsində ikinci yeri tutmasından söhbət açıb.

Arena.az xatırladır ki, həmin il ən nüfuzlu fərdi futbol mükafatını dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo qazanıb.

“Mən həmişə Ronaldoya deyirəm ki, “Qızıl top” mənimdir və o, onu məndən oğurlayıb. Eşitmişdim ki, 2002-ci il Dünya Kubokunun finalına gedərkən favorit mən idim, odur ki, qəniməti 90 dəqiqə ərzində itirdim… Amma müdafiəçi kimi “Qızıl top”un ikincisi olmaq, bu haqda düşünəndə heyrətamizdir. Onu yalnız Frans Bekkenbauer, Mattias Zammer və Fabio Kannavaro qazana biliblər. Buna görə də ikinci yer böyük qürur üçün səbəbdir”, – “Ekip” nəşri Roberto Karlosdan sitat gətirir.

Xatırladaq ki, 2002-ci il dünya çempionatının finalında Braziliya millisi Almaniya yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu oyunda Ronaldo dubla imza atmaqla “selesao”nun qələbəsini təmin etmişdi.

Chosen
11
arena.az

1Sources