EN

İqtisadi Zonalar üzrə 2025-ci ilin planları müzakirə olunub

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında Agentlik tərəfindən görülmüş işlər və 2025-ci ildə nəzərdə tutulan məsələlər müzakirə olunub.
 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fins.az xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə video formatda keçirilən iclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin idarəçiliyində olan sənaye zonalarında 2024-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Həmçinin iclas çərçivəsində Agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati–struktur məsələləri müzakirə olunub.

Zemfira Ms
Fins.az

Chosen
1
10
fins.az

10Sources