İranın şimalındakı Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.