EN

Naxçıvanda qarın hündürlüyü 15 santimetrə çatdı

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 15 santimetrə çatıb.

Bu barədə Publika.az-a muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, dekabrın 13-də Ordubad rayonunun Parağaçay, Nürgüt, Dırnıs Şahbuz rayonunun Kükü, Biçənək istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.

Qarın hündürlüyü Parağaçayda 15, Nürgütdə 13, Biçənəkdə 8, Küküdə isə 6 sm olub.

Chosen
8
18
publika.az

10Sources