Hazırda Bakıda, Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 9:00-a olan məlumatında belə deyilir.
Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar; Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər və Şuşada isə qar yağır.
Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s; sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.