EN

Bu şəxslər hərbi xidmətdən azad edilməlidir – YENİ TƏKLİF

Son günlər hərbi xidmətlə bağlı qanunvericilikdə bir neçə dəyişiklik gündəmdədir. Bunların içərisində başlıca olaraq, çağırış yaşının yüksək həddinin azaldılması, zabit, gizir və MAXE-lərin pensiya yaşının artırılması və s. yer alır.

Bəs görəsən, bu kimi dəyişikliklər hərbi xidmətlə bağlı nələri dəyişəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hərbi jurnalist, Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu bildirib ki, bu kimi dəyişikliklər hərbi strukturun gücləndirilməsi məqsədi ilə edilir:

“Çağırış yaşının azaldılması ilə bağlı təklif və hərbçilərin pensiya yaşının artırılması ilə əlaqədar qanun layihəsi arasında əlaqə var. Ordu dövlətin əsas sütunudur. Yəni bu iki məsələ bir-biri ilə əlaqəlidir. Burada bir sıra detallar var ki, mən onu tam dəqiq bilmirəm. Amma onu deyə bilərəm ki, bu iki məsələ bir-biri ilə bağlıdır. Mən hərbçilərin pensiya yaşının artırılmasını arzulamazdım, amma görünür ki, burada dövlətin məqbul bildiyi hansısa detallar var. İstər çağırış yaşının azaldılması, istərsə də pensiya ilə bağlı qanun ordudakı vəziyyəti daha da yaxşılaşdırmaq və silahlı qüvvələrin strukturunu daha da gücləndirmək üçün atılan addımlardır. Bütövlükdə bu istiqamətdə kompleks işlər görülür”. 

Rey Kərimoğlu şəhid olmuş şəxslərin tək oğlan övladlarının hərbi xidmətə cəlb olunmamasını təklif edib:

“Mənim fikrimcə, əlilliyi olmayan və sağlam vəziyyəti imkan verən bütün şəxslər hərbi xidmət keçməlidir. Azərbaycanda doğulan, böyüyən və yaşayan hər bir kişi, yaşından asılı olmayaraq hərbi xidmətdə olmalıdır. Mən arzu edirəm ki, bir çox şəhidin bir oğlu qalıb, onu xidmətə çağırmasınlar. Ümumiyyətlə, bu çox yaxşı addım olardı. Bu qanunda təsdiq olunsa və öz əksini tapsa, yaxşı olar. Digər tərəfdən, ali təhsil müəssisələrindən məzun olan şəxslərin də hərbi xidmətə getməsi olduqca vacibdir. Mən kiminsə təhsil almasına, elmi fəaliyyətinə qarşı deyiləm, amma o da gedib ən azından kazarmada yatmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
16
2
yenisabah.az

3Sources