EN

Argentina prezidenti İtaliya vətəndaşlığı aldı: Sürətli proses narazılıq doğurdu  

Argentina Prezidenti Xavyer Milei İtaliyaya rəsmi səfəri zamanı bu ölkənin vətəndaşlığını əldə edib.

Musavat.com xəbər verir ki, "The Guardian"ın məlumatına görə, Milei Romada İtaliyanın baş naziri Corciya Meloni ilə görüşü zamanı vətəndaşlıq alıb.

Bu xəbər sosial şəbəkələrdə və siyasi dairələrdə böyük rezonans doğurub. Çoxları Mileiyə vətəndaşlıq verilmə prosesinin sürətlənməsindən narazıdır, çünki adi müraciət edənlər illərlə gözləmək məcburiyyətində qalır.

Tənqidçilər hesab edirlər ki, bu qərar həm İtaliya hökumətinə, həm də Mileinin özünə qarşı etimadsızlıq yarada bilər. Bununla belə, İtaliya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

 

 

 

Chosen
5
musavat.com

1Sources