Türkiyənin məşhur oriyental rəqqasəsi Asena uzun bir fasilədən sonra yenidən gündəmə gəlib.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, 2017-ci ildə Həsən Dərə ilə evlənərək xaricə köçən və bu müddətdə işini tərk edən Asena, bir neçə il sonra "Aramızda" verilişində çıxış edib və həyat yoldaşının ona aldığı lüks avtomobilindən danışıb.
Asena, verilişdə avtomobilin hədiyyə olduğunu və həyat yoldaşının ona olan mərhəmətini vurğulayıb. O, nənəsinin "Evləndiyin kişi xəsis olmasın, yoxsa ürəyi də xəsis olar" deyimini xatırladaraq, həyat yoldaşının "dünyanın ən mərhəmətli adamı" olduğunu söyləyib. Lüks markaya aid olan bu avtomobilin dəyərinin 40 milyon lirə olduğu iddia edilib.
Qeyd edək ki, Asena İbo Şou ilə məşhurlaşmış və bir müddət İbrahim Tatlısəs ilə eşq yaşayıb.
Fidan
Milli.Az