Müğənni Xatirə İslam fəxri adlarla bağlı açıqlama verib.
"Ölkə.az" xəbər verir ki, bu barədə o, RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışıb.
Xatirə deyib ki, bu haqda heç düşünməyib:
“İlk dəfədir bununla bağlı sualın verilməyinə icazə verirəm. Elə cavablandırmaq istəyirəm ki, evdə peşman olmayım. Əvvəla bu barədə heç düşünməmişəm. Mənə də fəxri adla bağlı çox zənglər, təkliflər olub. Dövlət tərəfindən dəvət almışam, Mədəniyyət Nazirliyinə çağırılmışam. Elə bariyerlər var ki, onları aşmağı özümə sığışdırmamışam. İstəməmişəm ki, onlar olsun. Ona görə də eybi yox. Belə də yaxşıdır. O qədər fəxri adı olan Xalq artistlərimiz, Əməkdar artistlərimiz var ki, bəlkə də 30-40 faizini Azərbaycan xalqı tanımır. Məni demək olar ki, hamı tanıyır”.