“Yeni hakimiyyət İsraillə münaqişəyə girmək niyyətində deyil".
Bunu Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) bildirib ki,
Onun sözlərinə görə, yeni hökumət Qərb səfirlikləri ilə də əlaqə saxlayır və Dəməşqdəki nümayəndəliyinin bərpası ilə bağlı Böyük Britaniya ilə danışıqlar aparır.
Dekabrın 7-8-də İsrail qoşunları yarım əsrdən artıq müddətdə ilk dəfə Suriya sərhədini keçərək Qolan təpələrinə daxil olublar. Heç bir müqavimətlə üzləşməyən ordu Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirib.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Suriya İsrail ordusu üçün dördüncü cəbhədir.