Türkiyə regionun əsas ölkəsinə – böhranlar və ziddiyyətlər zolağı ilə əhatə olunmuş “sabitlik adasına” çevrilib.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ərzurumda keçirilən toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ənənələri 2200 il əvvələ gedib çıxan Türkiyənin balanslı və ədalətli siyasəti rəsmi Ankaraya regiondakı prosesləri uğurla idarə etməyə imkan verir.\\Axar.az