EN

Kobaxidze: Kavelaşvilinin prezident seçilməsi qütbləşməni azaldacaq

Mixail Kavelaşvilinin Gürcüstanın altıncı prezidenti seçilməsi ölkədə qütbləşmənin səviyyəsini azaldacaq.

SeherXeber.org yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Mən əminəm ki, Mixail Kavelaşvilinin bu mühüm vəzifəyə seçilməsi iyirmi ildən artıqdır ki, dövlətçiliyin və suverenliyin möhkəmlənməsinə, o cümlədən qütbləşmənin azaldılmasına çox mühüm töhfə verəcək”, - Baş nazir deyib.

Onun sözlərinə görə, Kavelaşvilinin dövründə prezident institutu öz konstitusion missiyasına qayıdacaq.

Xatırladaq ki, dekabrın 14-də Seçki Kollegiyası Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti seçib. Onun andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Chosen
16
14
seherxeber.org

10Sources