EN

Vensan Kompani “Maynts”a məğlubiyyətə aydınlıq gətirdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 14-cü turunda “Maynts”a səfər məğlubiyyətini (1:2) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz çox güc-qüvvə və ruha malik komandaya qarşı oynadıq. “Maynts” hər an döyüşməyə hazırdır. Düşünmürəm ki, bizim tərəfimizdən mübarizə əskik idi. Biz bunun öhdəsindən gəldik, amma keçmişdə bu, bizə daha yaxşı müyəssər olurdu. Bu gün “Bayern” ən yaxşı səviyyədə deyildi. Bu məğlubiyyətdən içimizdəki yanğını alovlandırmaq üçün istifadə edəcəyik ki, bu da Cümə günü “Leypsiq”ə qarşı oyun üçün faydalı olacaq”, deyə Vensan Kompani nikbin ruhda vurğulayıb.

Məğlubiyyətə rəğmən, “Bayern” 14 oyundan 33 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində mövqeyini qoruyub-saxlayıb. “Maynts” isə 22 xalla 6-cı pillədədir.

Chosen
22
arena.az

1Sources