Türkiyəli müğənni və aktyor Ferdi Tayfurun səhhəti pisləşib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 79 yaşlı sənətçi yüksək təzyiqlə özəl xəstəxanalardan birinə yerləşdirilib.
Xatırladaq ki, bir müddət dializ müalicəsi alan Ferdi Tayfura 2020-ci ildə oğlunun böyrəyi köçürülmüşdü.
Qeyd edək ki, ümumilikdə 9 dəfə “Altın plak” mükafatını qazanan sənətçi, filmlərdə də yer alan mahnıları ilə məşhurlaşıb. 30-dan çox albom və 30-dan çox film çəkən sənətçi 1982-ci ildə öz adına “Ferdifon Plakcılık” şirkətini qurub.