EN

Restoranını bağlayan əfsanənin başı dərddə: Bu qədər borcu var

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz daha bir xoşagəlməz vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, Uorslidəki “George’s Dining Room and Bar” adlı restoranı maliyyə problemlərinə görə bağlandıqdan sonra Giqqsin işçilərinə borcu yaranıb. 22 işçi 39,986 funt sterlinq pul almalıdır.

Biznesin ümumi borcu 495,145 funt sterlinqdir. Rayan şəxsən restorana 100.000 funt sterlinq sərmayə qoyub.

Restoran 2025-ci ilin fevralında bağlanıb. Borclara 117,000 funt vergi, 15,000 funt qaz ödənişi və 35,000 funt “Nat West Bank”a borcu daxildir.

Chosen
96
publika.az

1Sources