EN

Bakıda FIA həftəsi qonaqlarının qarşılanma tədbiri keçirilib - FOTO

Bakıda Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri keçirilib.
Trend xəbər verir ki, binanın girişində qonaqlar Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) vasitəçiliyi ilə sərgilənən "Lamborghini Huracan Sterrato", "Legends Car" (Ford Coupe 34), "Ferrari SF90 Stradale", "The Model T Ford Snowmobile", "Auburn Speedster 866", "Cadillac Model M", "Packard 645 Dual Cowl Phaeton", "Volkicar" avtomobilləri ilə tanış olublar.
Qarşılanma tədbirində Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və FIA prezidenti Mohammed Ben Sulayem qonaqlara müraciətlə çıxış ediblər.
Azərbaycan Avtomobil Federasiyasının prezidenti çıxışında qeyd edib ki, Bakı FIA həftəsinin keçiriləcəyi yer olaraq seçildiyi vaxtdan etibarən FIA və Azərbaycan Avtomobil Federasiyasının komandaları bütün gözləntiləri doğrultmaq və tədbiri yüksək səviyyədə keçirmək üçün səylə çalışıblar.
"FIA prezidenti Mohammed Ben Sulayemə, eləcə də, bu gün burada olan avtomobil federasiyaları və klublarının nümayəndələrinə FIA həftəsinin keçirilməsi üçün Bakını seçdiklərinə görə minnətdarlığımı bildirirəm", - o deyib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı isə öz növbəsində qeyd edib ki, Azərbaycanın siyasəti sayəsində Bakı son illərdə dünyamiqyaslı tədbirlərin mərkəzinə çevrilib ki, bu da ölkənin İslam Oyunları, Avropa Oyunları, Formula 1 yarışları kimi ən yaxşı idman oyunlarını və digər tədbirləri müvəffəqiyyətlə təşkil etməsinə yardım edib.
"FIA-ya dərin minnətdarlığımızı bildiririk. İdman bizim üçün strateji aktivdir. Fürsətdən istifadə edib Azərbaycan Avtomobil Federasiyasına görülən bütün işlərə görə dərin minnətdarlığımızı bildirmək istəyirəm. Son illərdə Azərbaycan Avtomobil Federasiyası fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib. Bu, ictimaiyyətimizin avtoidmana marağının artmasına səbəb olub", - deyə o qeyd edib.
FIA prezidenti Azərbaycana FIA həftəsinin Bakıda keçirilməsinə görə dərin minnətdarlığını bildirib.
"Bu təşəbbüsə göstərdiyiniz dəstəyə görə sizə çox minnətdarıq. Bu gün burada 200 könüllü, dünyanın 128 ölkəsindən və 189 klubdan nümayəndə toplaşıb. Bu, sizin gözəl ölkənizə etimadın sübutudur", - o deyib.
Azərbaycan Avtomobil Federasiyasının vasitəçiliyi ilə dekabrın 8-dək Bakıda, həmçinin, FIA Baş Assambleyalarının iclasları, dekabrın 8-də isə ilin sonunda avtomobil idmanı sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri olan FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.
Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, dekabrın 5-dən 8-dək FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da keçirilir.
Qeyd edək ki, FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatlarının təmsilçiləri və avtomobil idmanının görkəmli xadimləri Bakıya gəlib.
Federasiyanın Bakıda keçirilən tədbirlərində bütünlükdə 128 ölkədən təmsilçilər, o cümlədən, avtomobil klublarının üzvləri və onlayn iştirakçılar, eləcə də, FIA prezidenti Mohammed Ben Sulayem və FIA rəsmiləri iştirak edir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tədbirlərinin keçirildiyi əsas platformalardan biridir.
FIA həftəsinin sonunda, dekabrın 8-də Bakı Konqres Mərkəzində FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun







































































































Умирая, Горбачев выдал имя: кто приказал развалить СССР








52 года сплошная ложь: вот кем оказался Хрущев на самом деле








РФ и Белоруссия заявили! Началось страшное

www.myeconomy.ru

Chosen
278
xalqcebhesi.az

1Sources