EN

İrsail ordusu Qəzzada səhvən 20 əsgərini ÖLDÜRÜB

İsrail ordusunun oktyabrın 27-dən bu yana Qəzzada "səhvən" 20 əsgərini öldürdüyü bildirilib. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV-ləri orduya istinadən məlumat yayıb. 

Bildirilir ki, ordunun Qəzzaya quru hücumları zamanı "dost atəşi" nəticəsində 20 İsrail əsgəri həlak olub.

Xəbərdə qəza nəticəsində vurulan əsgərlərin sayının Qəzzada baş verən qarşıdurmalarda ölən 105 İsrail əsgərinin təxminən beşdə birini təşkil etdiyi, 13 əsgərin isə Fələstin müqavimət döyüşçüləri ilə səhv salındığı üçün həlak olduğu qeyd olunub.  

Xatırladaq ki, İsrail ordusu oktyabrın 7-dən bu yana şəhid olan əsgərlərinin sayının 434-ə yüksəldiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
214
39
unikal.az

10Sources