EN

Dövlət borcu rekord həddə çatan ABŞ-a Zaxarovadan TƏBRİK MESAJI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı dövlət borcunun 34 trilyon dolları ötməsi münasibətiylə təbrik edib.

Publika.az xəbər verir ki, o,bu barədə "Telegram" kanalında yazı dərc edib.

“ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib. Yeni iliniz mübarək!", - diplomat yazıb.

Məlumat üçün bildirək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi ölkənin milli borcunun ilk dəfə olaraq 34 trilyon dolları keçdiyini bildirib. Yanvarın 2-nə ABŞ-ın borcu 34,001 trilyon dollar təşkil edib. Sentyabrda isə dövlət borcu daha az olub. Təkcə keçən il ABŞ-ın dövlət borcunun 4 trilyon dolları artdığı bildirilir.

Chosen
245
22
publika.az

10Sources