EN

Türkiyə PKK-ya qarşı hava hücumu həyata keçirib: 58 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB

Türk Silahlı Qüvvələri ötən gecə Suriyanın şimalında həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçuların sayı 58-ə yüksəlib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

13:04

Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında ən böyük hava əməliyyatını həyata keçirib və hədəfi Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı Xalq Müdafiə Qüvvələrinin hədəfləri olub. Məlumata görə, reyddə 30 döyüş təyyarəsinin iştirak etdiyi bildirilib.

Cümə axşamı axşam saatlarında başlayan əməliyyat 40-50 km dərinlikdə aparılıb. Tell-Rifaat, Cizirə və Derik bölgələrində silah bazalarına, PKK-ya məxsus neft quyularına və yanacaq-sürtkü materialları anbarlarına hücumlar təşkil edilib.

Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl əməliyyat zamanı PKK-nın 15 hədəfinin və xeyli sayda yaraqlının məhv edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də PKK-nın Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahına terror cəhdindən sonra Türkiyə Suriyanın şimalında və İraqda hava əməliyyatları həyata keçirir. Türkiyə hakimiyyəti BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ əsasında hərəkət etdiklərini bildirir.

Mənbə: TASS

 
Chosen
183
50
moderator.az

10Sources